Vaxt Var Idi - Orxan Zeynallı

Vaxt Var Idi - Orxan Zeynallı

Альбом
Yaş Gəlir
Год
2012
Язык
`Azerbejdżan`
Длительность
219970

Poniżej tekst piosenki Vaxt Var Idi , wykonawca - Orxan Zeynallı z tłumaczeniem

Tekst piosenki „ Vaxt Var Idi ”

Oryginalny tekst z tłumaczeniem

Vaxt Var Idi

Orxan Zeynallı

Sən gedəndən yeddi-səkkiz ildir artıq

O vaxtdan Bakı dost nədir bilmir artıq

Köhnə ««da, 2002−2003

Davalarda kimin silahı söz idi, kimin güc

Vaxt var idi, iki ölkə adı bilirdik

Biri Azərbaycan qalan hər yer isə «xaric»

Vaxt var idi, bir neçə fərqli dad bilirdik

Yadında möcüzəvi «yuppy», tök balona və iç

Yadında cümə namazlarından çıxıb gəzirdik

Telefon yox idi, amma heç kim gecikmirdi

Passajdan hər keçəndə Emrahın şəklin görmək

Vaxt var idi gülüş üzdən çəkilmirdi

Vaxt var idi, «SEGA» hər şeydən maraqlı idi

«Touch screen» yox idi, barmaqlar «» idi

«Mortal Combat"da sən seçirdin «Sub Zero"nu

Vaxt var idi uşaq idik həyat zor idi

Həyat bildiyim ən şirin şey idi

Vaxt var idi, biz inanırdıq göylərə

Həyat əzbərlədiyim tək şeir idi

Vaxt var idi, biz inanırdıq sözlərə

Biz böyüdükcə, həyat göründükcə

Daha yaxşı bildim ki, tələ idi böyümək

Şəhər böyüdükcə, şərə büründükcə

Vaxt var idi, ən böyük dilək idi böyümək

Sən gedəndən yeddi-səkkiz ildir artıq

O vaxtdan Bakı bizim dildə bilmir artıq

Akademiya parkı, hər gün yeddidən sonra

İndi ora qocalardan başqa heç kim getmir artıq

7b sinifi, ««lar məktubla

Damda siqaret çəkməyimiz ilk və son dəfə

Tanış deyildik nə «Facebook"la, nə «Youtube"la

«VHS"ə çəkmişdik yığışmağımızı son dəfə

Vaxt var idi, vurulmuşdum Milagrosa

Hər addımda vurulmağımı sən pisləyirdin

Keçən il mesaj yazdın «Hekayəm» çıxandan sonra

Narahat olma, unutmuşam, indi mən başqa cürəm

Bir az məşhur olmuşam, hə, amma ki, boş şeydir

Sən gəl prospektə, oturaq əvvəlkitək

Bakını şəkillərdə görürsən, amma aldanma

Bakıdan çox, inkişaf eləyib fotoqraflar

Həyat bildiyim ən şirin şey idi

Vaxt var idi, biz inanırdıq göylərə

Həyat əzbərlədiyim tək şeir idi

Vaxt var idi, biz inanırdıq sözlərə

Biz böyüdükcə, həyat göründükcə

Daha yaxşı bildim ki, tələ idi böyümək

Şəhər böyüdükcə, şərə büründükcə

Vaxt var idi, ən böyük dilək idi böyümək

Sən gedəndən sükutlar pozulmur artıq

İndiki dostların dedikləri çox vaxt keçir yan

Sən gedəndən yuxular yozulmur artıq

Hər gün prospektdə bilmirdik necə keçir yay

«Tupac"ın kasetini almışdım 99'da

Sən «Barış Manço"ya qulaq asırdın, mənsə repə

Sənə dinlətdim köhnə «player"də blokunuzda

Bir saat dayanmadan qulaq asdıq 7-ci «track"ə

Yox indi fəvvarələr, nə doğma «Portofino»

Gəzməkdən yorulurduq, o gün gəzdim yorulmadım

Eşitdim evlənmisən, yaz onun haqda, kimdir o?

Sən də uzun illər sevdiyinlə bir olmadın

Bağçanın həyətində mən sənə görə dalaşmışdım

Hərdən olurdu, amma doğrudan yaxşı vaxtlar idi

Bütün gün bir yerdə, şən gündə, zibildə

Mən indi Bakıda sən hardasan?

Amma vaxt var idi

Həyat bildiyim ən şirin şey idi

Vaxt var idi, biz inanırdıq göylərə

Həyat əzbərlədiyim tək şeir idi

Vaxt var idi, biz inanırdıq sözlərə

Biz böyüdükcə, həyat göründükcə

Daha yaxşı bildim ki, tələ idi böyümək

Şəhər böyüdükcə, şərə büründükcə

Vaxt var idi, ən böyük dilək idi böyümək

Həyat bildiyim ən şirin şey idi

Vaxt var idi, biz inanırdıq göylərə

Həyat əzbərlədiyim tək şeir idi

Vaxt var idi, biz inanırdıq sözlərə

Biz böyüdükcə, həyat göründükcə

Daha yaxşı bildim ki, tələ idi böyümək

Şəhər böyüdükcə, şərə büründükcə

Vaxt var idi, ən böyük dilək idi böyümək

Apple üçün

Ponad 2 miliony tekstów piosenek

Piosenki w różnych językach

Tłumaczenia

Wysokiej jakości tłumaczenia na wszystkie języki

Szybkie wyszukiwanie

Znajdź potrzebne teksty w kilka sekund