Poniżej tekst piosenki Insan Oğlu , wykonawca - Мири Юсиф z tłumaczeniem
Oryginalny tekst z tłumaczeniem
Мири Юсиф
Arzular qatar-qatar, insan sərnişin
Dəyişə bilməz qoca dünya vərdişin
Gələcək üçün addım atarsa yarıda qalar işin
Bu gününü yaşa, keçmişini düşün
İnsandan qara daş qalar
Hicrandan gözdə yaş qalar
Dövrandan baş aça bilməz
Yaranan insan çaş-baş qalar
Həyat əbədi, insan ölür gedir
Nə qəribədir, bir ömür gedir
Son kədərini doğmalar ilə bölür, gedir
Həyat əbədi, insan ölür gedir
Nə qəribədir, bir ömür gedir
Son kədərini doğmalar ilə bölür, gedir
İnsan oğlu bölür gedir
İnsan oğlu ölür gedir
Aparıb əcəl çoxlarını hardan-hara
Dərd yağış kimi yağar, heç verməz ara
Nəfəsində var ölüm ətri, ürəyi para-para
Keçmişi solğun, gələcək qara
İnsandan qara daş qalar
Hicrandan gözdə yaş qalar
Dövrandan baş aça bilməz
Yaranan insan çaş-baş qalar
Həyat əbədi, insan ölür gedir
Nə qəribədir, bir ömür gedir
Son kədərini doğmalar ilə bölür, gedir
Həyat əbədi, insan ölür gedir
Nə qəribədir, bir ömür gedir
Son kədərini doğmalar ilə bölür, gedir
İnsan oğlu bölür gedir
İnsan oğlu ölür gedir
Piosenki w różnych językach
Wysokiej jakości tłumaczenia na wszystkie języki
Znajdź potrzebne teksty w kilka sekund