Vaxtı Var - Manaf Agayev

Vaxtı Var - Manaf Agayev

Год
2006
Язык
`Azerbejdżan`
Длительность
546410

Poniżej tekst piosenki Vaxtı Var , wykonawca - Manaf Agayev z tłumaczeniem

Tekst piosenki „ Vaxtı Var ”

Oryginalny tekst z tłumaczeniem

Vaxtı Var

Manaf Agayev

Ey, bizə qaçqın deyən el oğulları

Bizim də yurdumuz, yuvamız olub

Bostanda əmələ gəlməmişik biz

Bizim də atamız, anamız olub

Baxma ki, fağıram bədəndən, qoldan

Əyilməz, qırılmaz bilək var məndə

Bunu bəxş edibdir mənə yaradan

Bəlkə də, mən boyda ürək var səndə

Çoxu öyünür pulu, varıyla

Qumar oynayırlar namus, arıyla

Halal zəhmətlə, alın təri ilə

Halal qazanılmış çörək var məndə

Qaçqınıq, hər kimik, nəçiyik, nəyik

Qaçqınıq, hər kimik, nəçiyik, nəyik

Axı biz bir millətik, azəriyik biz

Bizim də yurdumuz, yuvamız olubdur

Öz dilində danışmağa karıxma

Başından çox yekə səhvlər buraxma

Mənə «qaçqın» deyib ötəri baxma

Bəlkə də, sən boyda qeyrət var məndə

Deyə bilmədiyim söz içimdədir

Deyə bilmədiyim söz içimdədir

Özümü yandıran köz içimdədir

Nahaqdan uzağam, düz içimdədir

Hamıya sevgimiz, vəfamız olub

Bizim də yurdumuz, yuvamız olub

Heç kəs «mənəm» deyib şeşələnməsin

Sönən ocaqların yanan vaxtı var

Ömürlük səmada quş da dayanmaz

Onun da göylərdən enən vaxtı var

Qaynaya-qaynaya qazan daşanda

Sərhəddi keçəndə, həddi aşanda

Fələyin yanlna yaxınlaşanda

Təkərin geriyə dönən vaxtı var

Az ötən günləri say, Vətənoğlu

Ömürdən yadigar qoy, Vətənoğlu

Dünya belə qalmaz, ay Vətənoğlu

Yoxsul ocağının yanan vaxtı var

Yağılar köksünü talan eyləyib

Gəlin sizə qurban olum, ay Vətənoğlu

Göyçə, Zəngəzur əldən gedib

Gəlin sizə qurban olum, ay Vətənoğlu

Şuşa yaylağını sis-duman aldı

Xarıbülbülümün gözləri doldu

Topxana meşəsi saçını yoldu

Gəlin sizə qurban olum, ay Vətənoğlu

Belə qan ağlama, gül, Qarabağım

Üzümüz yanında qara deyil ki

Harda daşnaq var qan-qaralıqdı

Çalxalanan bircə bura deyil ki

Şuşam, Qarabağım, başında papaq

Başda əzizlənən namusdur ancaq

Atam Azərbaycan, anam Qarabağ

Bütöv ürəkdir, para deyil ki

Qoynuna qar dolan Qarabağım var

Düşmən at oynadır Araz boyunda

Qəlbim, ay Pünhan, qan ağlayır bu cavan çağımda

Gəlin sizə qurban olum, ay Vətənoğlu

Bilmirəm necəyəm, indi hardayam?

Bilmirəm necəyəm, indi hardayam?

Gecəni, gündüzü intizardayam

Məskənim Qarabağ, Füzuli yaman dardayam

Məskənim Qarabağ yaman dardayam

Gəlin sizə qurban olum, ay Vətənoğlu

Düşmən xülyasını doğrultmaq istər

Elimi, obamı dağıtmaq istər

Düşmən vətən udmaq, dağ udmaq istər

Boş-boşuna, avara deyil ki

Əzizinəm, ayımız var

Ayımız var, ilimiz var

La ilahə illallah deyən dilimiz var

İnanın, ey Azərbaycan xalqı

Bizim bir-birimizdən başqa kimimiz var?

Ey bizi duyan xudayar

Bir çarə qıl bəlaya

Ey bizi duyan xudayar

Bir çarə qıl bəlaya

Eylərəm, eylərəm, eylərəm şikayət

Eylərəm, eylərəm, eylərəm şikayət

Söylə, söylə nədir bu dərd-qəm?

Böylə, böylə çəkir bu aləm

Söylə, söylə nədir bu dərd-qəm?

Böylə, böylə çəkir bu aləm

Səni, yaradan

Bizi dünyada

Bu dərdimizə

Bir varmı çarə?

Səni, yaradan

Bizi dünyada

Bu dərdimizə

Bir varmı çarə?

Ey bizi duyan xudayar

Bir çarə qıl bəlaya

Ey bizi duyan xudayar

Bir çarə qıl bəlaya

Eylərəm, eylərəm, eylərəm şikayət

Eylərəm, eylərəm, eylərəm şikayət

Eylərəm, eylərəm, eylərəm şikayət

Eylərəm, eylərəm, eylərəm şikayət

Ponad 2 miliony tekstów piosenek

Piosenki w różnych językach

Tłumaczenia

Wysokiej jakości tłumaczenia na wszystkie języki

Szybkie wyszukiwanie

Znajdź potrzebne teksty w kilka sekund